Rusiya Tixanovskayanın adını axtarılanlar siyahısından sildi

rusiya-tixanovskayanin-adini-axtarilanlar-siyahisindan-sildi
Oxunma sayı: 1505

Rusiya Daxili İşlər Nazirliyi Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskayanın adını axtarılan şəxslər siyahısından silib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya DİN-in saytında axtarış sorğusuna cavabda deyilir:

“Axtarışınıza uyğun şəxs tapılmadı”.

Xatırladaq ki, Tixanovskaya Rusiya DİN-in axtarılanlar siyahısına 2020-ci ilin oktyabrında salınıb. Ona qarşı hər hansı cinayət işi açılmasa da, Rusiya DİN-dən Belarus müxalifət liderinin adının iki ölkə arasında bağlanmış müvafiq razılaşma çərçivəsində dövlətlərarası axtarışdan söhbət getdiyi üçün axtarışda olanlar siyahısına daxil edildiyi bildirilirdi.