Rusiya Türkiyə sərhədini ikinci dəfə keçib - Pentaqon təsdiqlədi

rusiya-turkiye-serhedini-ikinci-defe-kecib-
Oxunma sayı: 2567

Pentaqon Rusiyanın döyüş təyyarəsinin Türkiyənin hava məkanını pozmasına dair Ankaranın bəyanatını təsdiqləyib.

“Qafqazinfo”nun oxu.az-a istinadən məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Mark Rayt bildirib.

Xatırladaq ki, yanvarın 29-da Türkiyə Rusiyaya məxsus “Su-24” təyyarəsinin ölkənin hava məkanını pozmaqda ittiham edib.

Bununla əlaqədar, Rusiya səfiri Türkiyə XİN-ə çağırılıb, və ona xəbərdarlıq edilib.

Rusiyanın Müdafiə Nazirliyi “SU-34” təyyarəsinin Türkiyənin hava məkanını pozmasına dair məlumatı təkzib edib.