Rusiya, Türkiyə və İran yenidən bir araya gəlir

rusiya-turkiye-ve-iran-yeniden-bir-araya-gelir
Oxunma sayı: 758

Rusiya, Türkiyə və İran fevralın 6-da Astanada görüşəcək.

Qafqazinfo” xəbər verir ki, tərəflər Suriya məsələsini müzakirə edəcəklər. Bu barədə Qazaxıstan XİN-i məlumat yayıb.  

Qeyd edək ki, hər üç ölkə yanvarın 23-24-də Astana danışıqları zamanı Suriyada atəşkəsin zəmanəti kimi üçtərəfli mezanizmin yaradılması ilə bağlı razılıq əldə etmişdilər.