Rusiya Türkiyədən yardım istədi

rusiya-turkiyeden-yardim-istedi
Oxunma sayı: 2896

Rusiya Müdafiə Nazirliyi Suriyanın İdlib bölgəsində vurulan Su-25 tipli rus hərbi təyyarəsinin bütün hissələrinin tapılması üçün Türkiyədən yardım istəyib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Rusiya bu şəkildə fevralın 3-də vurulan, pilot Roman Filipovun öldüyü olayda hansi raket növündən istifadə edildiyini müəyyən edəcək. Bunun üçün ən önəmlisi təyyarənin motorunun tapılmasıdır. 

Artıq Rusiya Müdafiə Nazirliyi rəsmi olaraq Türkiyəyə müraciət edib.