Rusiya Türkiyənin hava məkanını pozdu

rusiya-turkiyenin-hava-mekanini-pozdu
Oxunma sayı: 4435

Rusiya Hava Qüvvələrinə məxsus SU-34 təyyarəsinin Türkiyə hava məkanını pozub.

“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, Məlumata görə, bu barədə Türkiyə XİN-nin məlumatında bildirlir. Məlumata görə, insidentlə əlaqədar Rusiyanın Türkiyədəki səfiri Türkiyə XİN-nə çağırılıb.

“Türkiyə hava məkanının pozulmasına görə ortaya çıxa biləcək arzuolunmaz hallara görə məsuliyyət tamamilə Rusiya üzərinə düşəcək”, - deyə Türkiyə XİN-in məlumatında bildirilir.

Türkiyə hava məkanını pozan Rusiya təyyarəsinin heyətinə rus və ingilis dilində dəfələrlə xəbərdarlıq edilib.