“Rusiya Türkiyənin vasitəçiliyi ilə danışıqlardan imtina etmir” - Çavuşoğlu

“Rusiya Türkiyənin vasitəçiliyi ilə danışıqlardan imtina etmir”
Oxunma sayı: 729

“Rusiya Ankaranın vasitəçiliyi ilə Ukrayna ilə danışıqlar perspektivindən tamamilə imtina etmir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TRT Haber”in canlı efirində deyib.

“Ukrayna Rusiya ilə danışıqlar aparmaq təşəbbüsümüzə müsbət reaksiya verdi. Rusiya belə bir görüşdə iştirak etməkdən imtina etmir. Tarix də daxil olmaqla, bu məsələ ilə bağlı müzakirələr davam edir”, - deyə Türkiyənin XİN rəhbəri söyləyib.

Çavuşoğlu, həmçinin qeyd edib ki, Türkiyə yaxın vaxtlarda Rusiya ilə Kiyev və Moskva arasında münasibətlərdə gərginliyin azaldılmasında Ankaranın iştirakını müzakirə etmək niyyətindədir.

“Qərbin Rusiya Federasiyasının Ukraynaya hücum edəcəyi ilə bağlı bəyanatları yalnız panikanın artmasına və orada iqtisadi vəziyyətin pisləşməsinə səbəb olur”, - deyə Çavuşoğlu əlavə edib.