Rusiya Türkiyəyə əlavə S-400 partiyası göndərmək niyyətindədir

Rusiya Türkiyəyə əlavə S-400 partiyası göndərmək niyyətindədir
Oxunma sayı: 912

“Moskva Türkiyəyə S-400 zenit-raket komplekslərinin əlavə partiyasının tədarük ediləcəyinə ümid edir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Yunanıstanın “Antenna” (ANT1) telekanalına müsahibəsində deyib.

"Türkiyəli tərəfdaşlarımızla müəyyən anlaşmamız var və buna ümid edirik. Ümid edirik ki, bəli", - Peskov bildirib.

Kreml sözçüsü qeyd edib ki, ABŞ-ın sanksiyalarına baxmayaraq, Rusiya Türkiyəyə S-400 hava hücumundan müdafiə sistemi verməkdə maraqlıdır: “Vaşinqton öz məhdudiyyətləri ilə heç vaxt heç bir ölkəni fikrini dəyişməyə məcbur edə bilməyib”.

O əlavə edib ki, Moskva ilə Ankaranın əməkdaşlığı heç bir dövlətə, o cümlədən Yunanıstana təhlükə yaratmır.