Rusiya Fövqəladə Hallar Nazirliyi ölkənin cənub-şərqində baş verən zəlzələdən zərər çəkənlərə yardım göstərmək üçün Türkiyəyə səyyar xəstəxana göndərib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyanın FHN-i məlumat yayıb.
“Bunun əsasında Rusiya Fövqəladə Hallar Nazirliyinin 40-dan çox mütəxəssisi ixtisaslı tibbi yardım göstərəcək”, - nazirlik bildirib.