Rusiya Türkiyəyə təşəkkür etdi

rusiya-turkiyeye-tesekkur-etdi
Oxunma sayı: 6067

Rusiya Ukrayna ilə danışıqların təşkilinə görə Türkiyəyə təşəkkürünü bildirib.

"Qafqazinfo" xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə vasitəçilik missiyasına görə Türkiyəyə təşəkkür edib.

O bildirib ki, Moskva Kiyev ilə danışıqlarda vasitəçiliyinə və vəziyyətin nizama salınmasında səylərinə görə Ankaraya minnətdardır.