Rusiya Türkiyəyə uçuşlara qoyulan qadağanı uzatdı - Yenilənib

rusiya-turkiyeye-ucuslara-qoyulan-qadagani-uzatdi
Oxunma sayı: 2484

Rusiya Türkiyə ilə aviaəlaqəyə qoyulan qadağanı iyunun 1-dən sonra da uzadacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS-a Rusiyanın koronavirusla mübarizə üzrə Operativ Qərargahındakı mənbədən bildirilib.

“Uçuşlara qoyulan qadağa uzadıldı”, - deyə mənbə məlumat verib.

Qeyd edək ki, Türkiyəyə uçuşlarla bağlı qadağa qərarı hazırda sabahadək qüvvədədir.

Xatırladaq ki, Rusiya aprelin 15-dən iyunun 1-dək koronavirusa yoluxma sayında artıma görə Türkiyə ilə aviaəlaqəni dayandırıb.

*** 

Rusiya Türkiyə və Tanzaniya ilə aviaəlaqəyə qoyulan məhdudiyyətin müddətini iyunun 21-dək uzadıb. Bu barədə Rusiyanın koronavirusla mübarizə üzrə Operativ Qərargahının rəsmi məlumatında deyilir.