Rusiya üçün yeni sanksiyalar gəlir

rusiya-ucun-yeni-sanksiyalar-gelir-
Oxunma sayı: 1386

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Aİ üzvü olan ölkələrin XİN rəhbərləri sanksiya siyahısını artırmaqla bağlı razılıq əldə ediblər. Yeni siyahıda 19 rus və ukraynalının adı keçir, həmçinin 9 şirkətin hesabları dondurulacaq. Məhdudiyətlərin tətbiq ediləcəyi şəxslərin və şirkətlərin adları hələlik açıqlanmayıb. 

Məlumata görə, Aİ XİN rəhbərləri sanksiyaya məruz qalacaq 19 şəxsə viza verilməsinə qadağa qoyacaq. Fransa xarici işlər naziri Loran Fabiusun sözlərinə görə, yeni sanksiyaların tətbiqi Ukraynadakı situasiyanın inkişafından asılıdır.