"Rusiya Ukrayna ilə danışıqlara və sülh sazişinə açıqdır".
“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu sözləri Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Mozambik Prezidenti Filipe Nyusi ilə görüşü zamanı deyib.
Onun sözlərinə görə, Moskva "sülhə gətirib çıxaracaq” sazişlərin imzalanmasına açıqdır. Lakin bunun üçün hər iki tərəfin iradəsi lazımdır.
Matviyenko bildirib ki, tərəflər belə bir razılaşmaya yaxın ola bilərlər:
"Eyni zamanda, Ukrayna qeyri-blok statusuna malik olacaq. Lakin Ukraynanın “xarici rəhbərliyi” ona belə bir müqavilə imzalamağa imkan verməyib".
Son xəbərlər
Son Xəbərlər