Rusiya ilə Ukrayna arasında danışıqlar bu gün davam edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna nümayəndə heyətinin üzvü, prezident aparatının rəhbərinin müşaviri Mixail Podolyak Tvitter səhifəsində yazıb.
"Biz sabah davam edəcəyik. Danışıqlar prosesi çox çətin və gərgindir. Fundamental ziddiyyətlər var. Amma təbii ki, kompromis üçün də yer var. Fasilə zamanı alt qruplarda iş davam etdiriləcək", - Podolyak qeyd edib.
Son xəbərlər
Son Xəbərlər