Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) 2022-ci ilin fevral ayından bəri davam edən Rusiya-Ukrayna müharibəsi səbəbindən itkin düşənlərin sayını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı BQXK yazılı açıqlama yayıb.
Açıqlamada Rusiya-Ukrayna müharibəsi səbəbilə 23 min adamın itkin düşdüyü qeyd edilib və bu itkinlərin əsir götürüldüyü, öldürüldüyü və ya evlərini tərk etdiyi bildirilib.
İtkin düşənlərin taleyinə aydınlıq gətirmək üçün araşdırmaların aparıldığı qeyd edilib.
Son xəbərlər
Son Xəbərlər