“Rusiya Ukrayna taxılının ixracı üçün yeddi istiqamət təklif etdi”

rusiya-ukrayna-taxilinin-ixraci-ucun-yeddi-istiqamet-teklif-etdi
Oxunma sayı: 1430

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, o, Ukrayna taxılının ixracı ilə bağlı Moskva və Minskə qarşı qınaqları əsassız hesab edir, Rusiya artıq onun ixracı üçün yeddi istiqamət təklif edib.

“Qafqazinfo” xəbər verir ki, Prezident bu haqda yerli səviyyədə əhali ilə iş üzrə seminarda danışıb.

“Niyə biz bunu dinləyirik və bəhanə gətiririk, gəlin onlar üçün marşrutları adlandıraq. O, (Rusiya Prezidenti Vladimir Putin) bu yaxınlarda müsahibəsində Belarus istiqaməti və sair haqqında danışdı... Ruslar təklif etdilər. Artıq taxıl ixracının yeddi istiqaməti var, ixrac edin. Bir aydan çox vaxt keçib və heç kim heç nə daşımır”, - Lukaşenko deyib.