Rusiya Ukraynada hərbi əməliyyatı nə zaman bitirəcək?

rusiya-ukraynada-herbi-emeliyyati-ne-zaman-bitirecek
Oxunma sayı: 3531

“Kreml Ukraynada xüsusi hərbi əməliyyatın başa çatacağı tarixi açıqlamır”.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov mövzu ilə bağlı jurnalistlərin sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynada həyata keçirdiyi hərbi əməliyyat plan üzrə inkişaf edir, vaxtında və tam şəkildə başa çatdırılacaq.