Rusiya Ukraynada neft emalı zavodunu vurdu

rusiya-ukraynada-neft-emali-zavodunu-vurdu
Oxunma sayı: 2005

Rusiya ordusu Ukraynanın Kremençuk şəhərindəki neft emalı zavodunu raketlə vurub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hücumdan sonra neft emalı zavodunda yanğın başlayıb.

Poltava Regional Hərbi Administrasiyasının sədri Dmitri Lunin sosial media hesabında neft emalı zavodunun 4 raketlə hədəfə alındığını bildirib.

Hücum nəticəsində ölən və ya yaralananların olub-olmadığı barədə hələlik heç bir açıqlama verilməyib.

Xatırladaq ki, ötən ay Ukraynanın ən böyük neft məhsulları istehsalçısı olan Kremençuq Neft Emalı Zavodu Rusiya ordusu tərəfindən raketlərlə hücuma məruz qalıb, zavod 9 raketlə vurulub və istehsal dayandırılıb.