Rusiya tərəfi Ukrayna Ali Radasına keçiriləcək seçkilərə müşahidəçilər göndərə bilər. “Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti”yə Rusiya Xarici İşlər Nazirliyindən olan mənbə bildirib.
Mənbənin sözlərinə görə, müşahidəçilərin göndərilməsinə Ukrayna hökuməti də razılıq verməlidir:
“Buna baxmayaraq, biz inanırıq ki, ATƏT-ə üzv dövlət kimi monitorinqdə iştirak etmək hüququ və səlahiyyətinə malikik”.
Xatırladaq ki, 21 aprel prezident seçkilərində rusiyalı müşahidəçilərin iştirakına rəsmi olaraq icazə verilməmişdi.
Ali Radaya seçkilər 21 iyula təyin edilib.
Son xəbərlər
Son Xəbərlər