Rusiya Ukraynadakı səfirlik əməkdaşlarını təxliyəyə hazırlaşır

rusiya-ukraynadaki-sefirlik-emekdaslarini-texliyeye-hazirlasir
Oxunma sayı: 869

Rusiya yaxın vaxtlarda Ukraynadakı səfirlik əməkdaşlarını təxliyə edəcək.

"Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Bildirilir ki, Rusiya diplomatları dəfələrlə hədəfə çevrilib, Kiyevdəki diplomatik nümayəndəliyin binasına, həmçinin Odessa, Lvov və Xarkovdakı baş konsulluqlara hücum edilib. Xarici İşlər Nazirliyi vurğulayıb ki, Diplomatik və Konsulluq Münasibətləri haqqında Vyana Konvensiyaları üzrə öhdəliklərinə zidd olaraq, Ukrayna hakimiyyəti Rusiya xarici nümayəndəliklərinin əməkdaşlarına qarşı fiziki zorakılıq hədələrinə heç bir reaksiya verməyib.

“Mövcud şəraitdə bizim birinci prioritetimiz rusiyalı diplomatlara, səfirlik və baş konsulluqların əməkdaşlarına qayğı göstərməkdir”, - XİN-in bəyanatda deyilir.