Rusiya Ukraynadakı ümumi itkilərini açıqladı

rusiya-ukraynadaki-umumi-itkilerini-aciqladi
Oxunma sayı: 7150

“Ukraynada hərbi əməliyyat zamanı 1351 rusiyalı hərbçi ölüb”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki,  bu barədə məlumatı Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəisinin birinci müavini general-polkovnik Sergey Rudskoy açıqlayıb. 

Onun sözlərinə görə, xüsusi hərbi əməliyyat zamanı daha 3825 rusiyalı hərbi qulluqçu yaralanıb.