“Ukraynadan 200 000-dən çox uşaq Rusiyaya deportasiya olunub”.
“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Onun sözlərinə görə, onlar arasında həm uşaq evlərində olan kimsəsiz uşaqlar, həm də valideyni olan uşaqlar var.
Zelenski qeyd edib ki, Rusiya deportasiya etdiyi Ukrayna vətəndaşlarını ölkənin ucqar ərazilərində yerləşdirir.
Son xəbərlər
Son Xəbərlər