Rusiya ukraynalı diplomatı “arzuolunmaz şəxs” elan etdi

rusiya-ukraynali-diplomati-arzuolunmaz-sexs-elan-etdi
Oxunma sayı: 1075

Rusiya ukraynalı diplomatı “arzuolunmaz şəxs” elan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, o, Ukrayanın Moskvadakı Səfirliyində çalışır. Diplomat mayın 1-dək Rusiya ərazisini tərk etməlidir. Rəsmi Moskva bu addımı Ukraynadan rusiyalı diplomatların deportasiya edilməsinə cavab olaraq atıb. 

Qeyd edək ki, bundan əvvəl Rusiya Ukraynanın Sankt-Peterburqdakı konsulu Vasili Pokotilonu ölkədən deportasiya edib.