“Rusiya Ukraynanı işğal etmək istəyir” - Poroşenko

rusiya-ukraynani-isgal-etmek-isteyir
Oxunma sayı: 1511

Ukraynanın yeni müdafiə konsepsiyasında Rusiya əsas təhlükə olaraq göstərilib.

“Qafqazinfo” xəbər verir ki, müvafiq sərəncam prezident Poroşenkonun rəsmi saytında yerləşdirilib.

Qeyd edilir ki, Petro Poroşenko təhlükəsizlik və müdafiə sektorunun inkişafı Konsepsiyasını təsdiqləyib. Həmin konsepsiyanın ölkə üçün ən aktual təhdid bölməsinə Rusiyanın “aqressiv davranışları” da daxil edilib.

Ukrayna təhlükəsizliyi üçün təhdid olaraq, eyni zamanda Rusiya və digər ölkələrin kəşfiyyat fəaliyyəti göstərilib.

Ukraynanın öz ərazisi hesab etdiyi Krım yarımadasına nüvə silahının yerləşdirilməsi də bu kateqoriyaya aid edilib.

Bu səbəbdən də, NATO üzvü ölkələri ilə Rusiya arasında baş verəcək hər hansı müharibə zamanı Ukrayna öz ərazisindən hərbi məqsədlər üçün istifadəni mümkün sayır.

Poroşenko hesab edir ki, Rusiyanın fəaliyyəti “ölkəni məhv etmək və ərazisini işğal etməyə" istiqamətlənib.