Rusiya Ukraynanın 2 qırıcı təyyarəsini vurdu

rusiya-ukraynanin-2-qirici-teyyaresini-vurdu
Oxunma sayı: 1470

Rusiyanın hava hücumundan müdafiə vasitələri son sutka ərzində Ukraynaya məxsus “SU-25” qırıcı təyyarəsini vurub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov açıqlayıb.

Onun sözlərinə görə, son sutka ərzində, həmçinin Ukrayna Silahlı Qüvvələrinə məxsus 1 “MiQ-29” qırıcı təyyarəsi və 15 pilotsuz uçuş aparatı vurulub.