Rusiya Ukraynanın 35 hərbçisinin meyitini qaytardı

rusiya-ukraynanin-35-herbcisinin-meyitini-qaytardi
Oxunma sayı: 856

“Zaporojye vilayətində həlak olan hərbçilərin cəsədlərinin dəyişdirilməsi üçün növbəti əməliyyat keçirilib. Ukrayna 35 müdafiəçisinin cəsədini qaytarıb”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərinin Reinteqrasiya Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əməliyyatda Ukraynanın Xüsusi Vəziyyətlərdə İtkin Düşmüş Şəxslər üzrə müvəkkili, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi, Ukrayna Təhlükəsizlik Xidməti, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı iştirak edib.

Nazirlik qeyd edir ki, həlak olan ukraynalı əsgərlərin cəsədlərinin qaytarılması Cenevrə Konvensiyasının normalarına uyğun olaraq həyata keçirilir.