Rusiya Ukraynanın daha 3 təyyarəsini vurdu

rusiya-ukraynanin-daha-3-teyyaresini-vurdu
Oxunma sayı: 1933

“Rusiyanın hava hücumundan müdafiə vasitələri gecə ərzində Nikolayev vilayətinin Yevgenovka və Velikaya Kamışevaxa yaşayış məntəqələri ərazisində Ukraynaya məxsus iki “Su-25” təyyarəsini vurub”.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov açıqlayıb.

Onun sözlərinə görə, Rusiya qoşunları, həmçinin İlan adası yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə məxsus “Su-24” təyyarəsini də vurublar:

“Ümumilikdə hərbi əməliyyat başlayandan bu günə qədər Rusiya ordusu Ukraynaya məxsus 168 təyyarə, 125 helikopter, 889 pilotsuz uçuş aparatı, 307 zenit-raket kompleksi, 3108 tank və digər zirehli döyüş maşını, 381 reaktiv yaylım atəşi sistemi, eləcə də 2949 xüsusi hərbi avtomobil texnikasını sıradan çıxarıb”.