Rusiya Ukraynanın itkilərini açıqladı

rusiya-ukraynanin-itkilerini-aciqladi
Oxunma sayı: 2539

“Rusiya Ukraynadakı hərbi əməliyyat zamanı bu ölkəyə məxsus 180 təyyarə vurub”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov açıqlayıb.

Onun sözlərinə görə, ümumilikdə, fevralın 24-dən bu günə qədər Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinə məxsus 127 helikopter, 1027 pilotsuz uçuş aparatı, 324 zenit-raket kompleksi, 3281 tank və digər zirehli döyüş maşını, 438 reaktiv yaylım atəşi sistemi, 3218 xüsusi hərbi avtomobil texnikası sıradan çıxarıb.