Rusiya Ukraynanın itkilərini açıqladı

rusiya-ukraynanin-itkilerini-aciqladi
Oxunma sayı: 3904

Rusiya Ukrayna ordusunun itkiləri haqqında məlumat yayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.

Bildirilib ki, xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 406 təyyarəsi məhv edilib:

“Həmçinin, düşmənin 228 helikopteri, 3695 PUA-sı, 415 zenit-raket kompleksi, 8563 tank və digər zirehli texnikası, 1078 reaktiv yaylım atəş sistemi, 4525 artilleriya və minaatanı, 9334 xüsusi hərbi avtomobil texnikası da məhv edilib”.