Rusiya Ukraynanın itkilərini açıqladı

rusiya-ukraynanin-itkilerini-aciqladi
Oxunma sayı: 4280

Rusiya Ukrayna ordusunun itkilərini açıqlayıb.

"Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.

O bildirib ki, xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 411 təyyarəsi sıradan çıxarılıb:

“Ukraynanın 228 helikopteri, 3782 PUA-sı, 415 zenit-raket kompleksi, 8773 tank və digər zirehli texnikası, 1091 reaktiv yaylım atəş sistemi, 4633 artilleriya və minaatanı, 9650 xüsusi hərbi avtomobil texnikası məhv edilib”.