Rusiya ordusu Ukraynanın Donetsk Vilayətinin Kramatorsk şəhərinə “İsgəndər” raketi ilə zərbə endirib.
“Qafqazinfo” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Donetsk vilayəti administrasiyasının sədri Pavel Kirilenko bildirib.
Onun sözlərinə görə, hücum nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.
“Bu, şəhərin mərkəzinə edilən hücum idi. Əvvəl hava bombası olduğunu düşündük, indi isə ekspertlər bunun “İsgəndər” tipli raket olduğunu bildirirlər”, - Kirilenko qeyd edib.
Son xəbərlər
Son Xəbərlər