“Rusiya Ukraynanın təhlükəsizliyinin təminatçıları arasında olmayacaq” - Zelenski

rusiya-ukraynanin-tehlukesizliyinin-teminatcilari-arasinda-olmayacaq
Oxunma sayı: 1624

“Rusiya Ukraynanın təhlükəsizliyinin təminatçıları arasında olmayacaq”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Prezident vurğulayıb ki, indi Rusiya Federasiyası ilə danışıqların aparılması onların Mariupolun müdafiəçilərinin həyatını xilas etmək şərtini yerinə yetirməsi sayəsində mümkündür.

"Bu gün biz tərəfdaş dövlətlərdən etibar etdiyimiz təhlükəsizlik qarantları dairəsini nəzərdən keçiririk. Biz bu layihəni onlarla birlikdə hazırlayırıq. Biz onu inkişaf etdirmişik. Haradasa nəsə xoşumuza gəlir, hardasa gəlmir.  Biz ukraynalılar olaraq çox şey istəyirik, onlar avropalılar kimi çox şübhə ilə yanaşırlar. Beləliklə, ortaq bir cavab tapacağıq", - deyə Ukrayna Prezidenti bildirib.

O vurğulayıb ki, Ukrayna üçün belə bir beynəlxalq qurumun olması vacibdir, hansı ki, qarant ölkələrin parlamentləri tərəfindən təsdiqlənəcək.

"Biz ayrıca müqavilə istəyirik. Bu gün hər şey o yerə çatıb ki, bu müqavilə Rusiyasız Ukrayna ətrafında tərəfdaş dövlətlər dairəsini nəzərdə tutur. Rusiyasız təhlükəsizlik qarantları. Buçadakı hadisələr bəzi şeyləri dəyişib. Zaman hər şeyi dəyişir. Hətta bizim olduğumuz yerdə də deyil, gedir. Hətta təkcə hara getdiyimizi deyil, Rusiyanın özünü necə aparmasını belə...”, - Zelenski bildirib.