Rusiya Ukraynaya bir günə 55 raket atdı - Yenilənib

rusiya-ukraynaya-bir-gune-55-raket-atdi
Oxunma sayı: 4594

11:05

Rusiya ordusu Ukrayna ərazisini yenidən raket atəşinə tutub.

“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, ölkənin Nikolayev, Kiyev, Dnepropetsovsk və Xerson vilayətlərində partlayışlar baş verib.

Həmçinin oxuyun: Муж ударил ножом жену на “восьмом” базаре

Həmçinin oxuyun: “Какова будет судьба людей, которые не могут получить “купчую”?”

Ölkənin bütün ərazisində hava hücumu təhlükəsi elan edilib. Bununla yanaşı, Odessa və Vinnitsa şəhərlərində də partlayışlar qeydə alınıb.

13:16

Kiyevin merin Vitaliy Kliçkonun məlumatına görə, raket hücumu nəticəsində Kiyevin Qoloseyevsk rayonunda 1 nəfər həlak olub, daha 2 nəfər isə yaralanıb. 

İlkin məlumata görə, 55 yaşlı kişi zərərsizləşdirilən raketin bir hissəsinin yerə düşməsi nəticəsində həlak olub.

16:04

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeriy Zalujnıy bildirib ki, Rusiya bugünkü hücum zamanı Ukrayna ərazisinə 55 raket atıb.

Sözügedən raketlərdən 47-si zərərsizləşdirilib. Bununla yanaşı, 3 raket hədəfə çatmayıb. Bildirilir ki, Rusiya ordusu Ukraynaya “Kinjal” hipersəs raketləri, eləcə də “Tu-95”, “Su-35”, “MiQ-31K” təyyarələrində “X-101”, “X-555”, “X-47”, “Kalibr” və “X-59” raketləri atıb. 

18:58

Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti Rusiyanın bugünkü hava hücumu zamanı ölən və yaralananların sayının artdığını vurğulayıb.

“Bu gün Rusiya Silahlı Qüvvələrinin həm PUA-lar, həm də raketlərlə həyata keçirdiyi hücumlar nəticəsində ölkənin 11 vilayətində 11 nəfər ölüb, 11 nəfər yaralanıb”, - deyə qeyd edilib.