Rusiya Ukraynaya könüllü erməni batalyonları yerləşdirir - Foto

rusiya-ukraynaya-konullu-ermeni-batalyonlari-yerlesdirir
Oxunma sayı: 3353

Rusiya Ukraynanın işğal olunmuş ərazilərinə könüllü erməni batalyonları yerləşdirir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-də fəaliyyət göstərən Müharibə Tədqiqatları İnstitutunun (ISW) hesabatında qeyd olunub.

İyulun 2-də Moskvadakı erməni katedralında keçirilən yolasalma mərasimində iştirak edən “Arbat” könüllü batalyonunun görüntüləri yayılıb.

Məlumatda bildirilir ki, batalyonda Ermənistan vətəndaşları ilə yanaşı, Rusiyanın nəzarətində olan Abxaziyadan etnik ermənilərin də olduğu güman edilir.

Həmçinin oxuyun: Начался суд над армянскими диверсантами - Фото