Rusiya Ukraynaya məxsus təyyarəni və PUA-ları vurub

rusiya-ukraynaya-mexsus-teyyareni-ve-pua-lari-vurub
Oxunma sayı: 1657

“Rusiya hava hücumundan müdafiə sistemləri son 24 saat ərzində Ukraynaya məxsus An-26 hərbi-nəqliyyat təyyarəsini və 10 pilotsuz təyyarəni vurub”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general-mayor İqor Konaşenkov deyib. 

“Odessa vilayətində Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus silah və hərbi texnika daşıyan An-26 hərbi-nəqliyyat təyyarəsini vurub. Bundan əlavə, Rusiya hava hücumundan müdafiə qüvvələri gün ərzində 10 Ukrayna pilotsuz uçan aparatını, o cümlədən bir Bayraktar TB2-ni məhv edib. Nikolayev vilayətinin Novogeorgiyevka yaşayış məntəqəsi üzərində iki “Toçka-U” taktiki raketi, Xarkovun Quru Kamenka, Dolqenkoye və Kamenka yaşayış məntəqələri ərazilərində isə Ukraynanın “Uraqan” reaktiv yaylım atəşi sisteminin üç mərmisi vurulub”, - Konaşenkov əlavə edib.