“Rusiya Ukraynaya yeni hücum planlaşdırır” - NATO

rusiya-ukraynaya-yeni-hucum-planlasdirir
Oxunma sayı: 2365

Rusiya yazda Ukraynaya yeni hücum planlaşdırır.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer bildirib.

“Rusiyanın strateji hədəfləri dəyişməyib. Onlar məqsədlərini olduğu kimi saxlasalar, çox güman ki, yazda yeni hücuma başlayacaqlar”, - deyə Rob Bauer qeyd edib.

O vurğulayıb ki, ukraynalılar buna hazır olmalıdır.