Ötən gün Rusiyanın məşhur ulduzları Bakıya gəlib. “Qafqazinfo” xəbər verir ki, onlar Xalq artisti Emin Ağalarov, şanfon ifaçısı Lyubov Uspenskaya, Aleksandr Şoyadır.
Sənətçilər “Four Seasons” otelində keçirilən ad günü mərasimində çıxış ediblər. Məclisi Azərbaycanın tanınmış müğənnisi Xəyyam Nisanov idarə edib.

Tədbirdən çəkilən görüntülər isə sosial şəbəkələrdə paylaşılıb. L. Uspenskaya da Bakıdan foto paylaşaraq sevincli olduğunu bildirib: “Bakı bu gün məni sevindirdi: Elə isti və günəşli bir şəhərdir ki! Və xüsusilə yanında belə gözəl dostlar olanda...”



Son xəbərlər
Son Xəbərlər