Rusiya Ümumdünya Turizm Təşkilatından çıxdı

rusiya-umumdunya-turizm-teskilatindan-cixdi
Oxunma sayı: 1368

Rusiya Federasiyası hökuməti Rusiya Xarici İşlər Nazirliyinin ölkənin Ümumdünya Turizm Təşkilatından (ÜTT) çıxması ilə bağlı təklifini qəbul edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq sərəncam rəsmi hüquq-informasiya internet portalında dərc olunub.

Qeyd edək ki, Rusiya aprelin sonunda təşkilatdan çıxmaq niyyətini açıqlayıb.