“Rusiya UNESCO-nun Qarabağda missiyasının tezliklə təşkil olunmasının tərəfdarıdır və bu istiqamətdə ATƏT-in Minsk Qrupunun həmsədrləri vasitəsilə işləyir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.
“Bakı və İrəvanla müntəzəm təmaslarda mədəni-tarixi irsin qorunması mövzusu müzakirə olunur”, - Zaxarova bildirib.
O xatırladıb ki, Rusiya, ABŞ və Fransa XİN rəhbərlərinin 2021-ci il dekabrın 7-də qəbul etdikləri birgə bəyanatda Ermənistan və Azərbaycan humanitar məsələlərdə, o cümlədən tarix və mədəniyyət abidələrinin mühafizəsi məsələlərində real irəliləyişə nail olmaq üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında əməkdaşlığı davam etdirməyə çağırılıb.
Son xəbərlər
Son Xəbərlər