“Rusiya üzərindən sanksiyalar götürülməlidir” - Merkel

rusiya-uzerinden-sanksiyalar-goturulmelidir
Oxunma sayı: 3115

Almaniya kansleri Angela Merkel Rusiya üzərindəki sanksiyaların ləğv edilməsinin tərəfdarıdır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters”ə Xristian-Demokratik Birlik Partiyasından olan mənbə məlumat verib.

Merkel bildirib ki, Rusiya üzərindəki sanksiyaları elə bu gün götürməyə hazırdır: "Lakin hər qərar faktlar araşdırıldıqdan sonra verilməlidir".