Rusiya və ABŞ rəsmiləri görüşdü

rusiya-ve-abs-resmileri-gorusdu
Oxunma sayı: 818

Rusiya və ABŞ heyətləri strateji sabitlik mövzusunda iclas keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rusiya heyətinə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov, ABŞ heyətinə ABŞ XİN rəhbərinin köməkçisi Vendi Şerman rəhbərlik edib. İclasda iki ölkənin strateji sabitlik, silahların kontrolu və risklərin azaldılması ilə bağlı məsələlər müzakirə olunub.

Ryabkov mətbuata açıqlamasında iclasın konstruktiv keçdiyini və bundan məmnun olduqlarını deyib:

“ABŞ konstruktiv dialoqa hazırdır. Bu, çox müsbət bir nöqtədir. İclasa ABŞ-ın bütün qurumlarını təmsil edən bir heyət qatıldı. Vacib məsələlərdə fikir ayrılıqlarımız olduğu qənaətinə gəldik. Uzlaşdığımız mövzuları da müəyyənləşdirdik və bunları inkişaf etdirmək istəyirik”.