Rusiya və ABŞ rəsmiləri görüşəcək

rusiya-ve-abs-resmileri-gorusecek
Oxunma sayı: 1166

Rusiya və ABŞ heyətləri iyulun 28-də strateji sabitlik mövzusunu müzakirə edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, bu görüş iyunun 16-da İsveçrənin Cenevrə şəhərində baş tutan ABŞ Prezidenti Co Bayden və Rusiya lideri Vladimir Putinin razılaşmalarının davamıdır.

“Rusiya heyətinə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov, ABŞ heyətinə ABŞ XİN rəhbərinin köməkçisi Vendi Şerman rəhbərlik edəcək.

İclasda strateji sabitliyin qorunması, gücləndirilməsi və silah kontrolu ilə bağlı mövzular müzakirə olunacaq”, - məlumatda qeyd olunub.