“Rusiya və ABŞ verdikləri sözə əməl etmədilər” - Çavuşoğlu

“Rusiya və ABŞ verdikləri sözə əməl etmədilər”
Oxunma sayı: 2147

“Suriyanın şimalında “PKK/YPG terror təşkilatının hücumlarını artırdığını müşahidə edirik”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu nikaraqualı həmkarı Denis Moncada Colindres ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Bizim əsgərlərimizə və polisimizə də hücum ediblər. Oktyabrın 7-si bir əsgərimiz, oktyabrın 10-u isə 2 polisimiz şəhid oldu. PKK/YPG-nin Türkiyəyə raket atma məsafəsi 30 kilometr təşkil edir. Biz sərhəddən kənar əməliyyatlarımızdan sonra ABŞ və Rusiya ilə bir razılıq əldə olunmuşdu. Lakin onlar verdikləri sözə əməl etmədilər.

Suriyada edilən son hücumlara görə Rusiya və ABŞ da məsuliyyət daşıyır. Çünki vədlərinə əməl etmədilər. Bizim burada etməli olduğumuz şey yenə özümüzün özümüzə kömək etməyidir. Bu bölgədən terrorçuların təmizlənməsi üçün nə lazımdırsa, edəcəyik”, - deyə Türkiyənin XİN rəhbəri əlavə edib.