“Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə Azərbaycan Rusiya əlaqələrini yeni, daha davamlı mərhələyə çıxarır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib.
“Hər iki ölkənin liderlərinin Moskvada aparılan danışıqları onu göstərdi ki, Rusiya və Azərbaycanın Qafqazda və Xəzəryanı regionda sülh, sabitlik, təhlükəsizliyin təmin olunmasında maraqları üst-üstə düşür.
Biz "3+3" formatında əməkdaşlığın inkişaf etdirilməsinə böyük önəm veririk. Hesab edirik ki, Rusiya ilə əlaqələrin möhkəmləndirilməsi Azərbaycanda sabitlik və inkişafı təmin edəcək, Cənubi Qafqaz regionunda təhlükəsizliyə yardım edəcək”, - deyə səfir qeyd edib.
Son xəbərlər
Son Xəbərlər