Rusiya və Belarus idmançıları Pekində İPC bayrağı altında yarışacaqlar

rusiya-ve-belarus-idmancilari-pekinde-ipc-bayragi-altinda-yarisacaqlar
Oxunma sayı: 2236

Rusiya və Belarus idmançıları Pekin-2022 Qış Paralimpiya Oyunlarında iştirak edəcəklər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Beynəlxalq Paralimpiya Komitəsi (İPC) məlumat yayıb. 

Qurumun saytında yayımlanan xəbərdə bildirilir ki, bu ölkələrin təmsilçiləri İPC-nin bayrağı altında çıxış edəcəklər. 

Qeyd edək ki, Pekin paralimpiadası 4 - 13 martda keçiriləcək.