Rusiya və Belarus səfirlikləri Azərbaycana başsağlığı verdi - Yenilənib

Rusiya və Belarus səfirlikləri Azərbaycana başsağlığı verdi
Oxunma sayı: 935

Rusiyanın Azərbaycandakı səfirliyi hərbi helikopterin qəzaya uğraması ilə bağlı Azərbaycana bağsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, səfirliyin tviter hesabında edilən paylaşımda deyilir:

“Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların qohumlarına və yaxınlarına başsağlığı veririk və yaralılara şəfa diləyirik.

Allah rəhmət eləsin!”

***

Belarusun Azərbaycandakı səfirliyi: “Azərbaycanın Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonunda qəzaya uğrması nəticəsində insanların faciəvi şəkildə həlak olması barədə xəbər bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə başsağlığı verir, yaralılara şəfa diləyirik”. 

***

Xorvatiyanın Azərbaycandakı səfirliyi: “Azərbaycanın Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmalarını diləyirik”.