Rusiya və BMT nümayəndələri bu tarixdə görüşəcək

rusiya-ve-bmt-numayendeleri-bu-tarixde-gorusecek
Oxunma sayı: 1410

13 martda Cenevrədə Rusiya ilə BMT arasında taxıl sazişi üzrə görüş keçiriləcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Martın 13-də Rusiya nümayəndə heyəti ilə BMT-nin yüksək səviyyəli nümayəndələri arasında Cenevrədə məsləhətləşmələrin keçirilməsi planlaşdırılır. Bu görüşdə taxıl sazişi müzakirə ediləcək və qərarlar qəbul ediləcək”, - deyə Zaxarova vurğulayıb.

Zaxarova qeyd edib ki, Rusiya kənd təsərrüfatı məhsulları və gübrələrin daşınması üzrə maneələr aradan qaldırılmayana qədər sazişin uzadılmasını düşünmür.