Rusiya və BMT Zaporojye AES-i müzakirə etdi

rusiya-ve-bmt-zaporojye-aes-i-muzakire-etdi
Oxunma sayı: 746

Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Qeyd edilib ki, onlar Ukraynada Rusiyanın nəzarətində olan Zaporojye Atom Elektrik Stansiyasını müzakirə ediblər.

Danışıq zamanı həmçinin BMT-nin Rusiya ərzaq məhsulları və gübrələrinin ixracını asanlaşdırmaq təşəbbüsləri müzakirə edilib.