Rusiya və Çin BMT Təhlükəsizlik Şurasının Suriyaya qarşı sanksiya tətbiq olunmasını nəzərdə tutan qanun layihəsinə veto qoyub.
“Qafqazinfo”nun “Reuters”ə istinadən xəbərinə görə, qərb dövlətləri Ərəb Respublikasını kimyəvi silahdan istifadədə ittiham edirlər.
Çin tərəfi öz mövqeyini belə izah edib ki, Fransa və Böyük Britaniyanın qətnaməsi BMT-nin Cenevrə platformasında Suriya müxalifətinin müxtəlif qrupları arasında münasibətləri həll etmə cəhdinə zərər vura bilər.
Boliviya da sənədin qəbul olunmasına qarşı çıxıb, Efiopiya, Misir və Qazaxıstan isə bitərəf qalıb.
Son xəbərlər
Son Xəbərlər