Rusiya və Çindən 10 milyard dollarlıq müqavilə

rusiya-ve-cinden-10-milyard-dollarliq-muqavile
Oxunma sayı: 731

Rusiya və Çin liderlərinin görüşündə infrastruktur layihələrində istifadə edilmək üçün 10 milyar dollarlıq investisiya fondu müqaviləsi imzalanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, müqavilə barədə Putin və Xi Jinpinqin görüşündən sonra keçirilən mətbuat konfransında məlumat verilib.

Bildirilib ki, fondu Rusiya İnvestisiya Fondu və Çin Mərkəzi Bankı birlikdə quracaqlar.

İki lider bununla da Rusiya və Çin arasındakı əlaqələri daha da möhkəmləndirmək niyyətindədir.