Rusiya və Ermənistan müdafiə nazirlərinin telefon danışığı oldu

rusiya-ve-ermenistan-mudafie-nazirlerinin-telefon-danisigi-oldu
Oxunma sayı: 1359

Bu gün Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan arasında telefon danışığı olub.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, nazirlər Dağlıq Qarabağdakı mövcud vəziyyəti, həmçinin, hərbi və hərbi-texniki əməkdaşlığı müzakirə ediblər.

“Söhbət əsnasında ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın müxtəlif aspektlərinə, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda vəzifələrini yerinə yetirdiyi ərazilərdəki mövcud vəziyyətə və qarşılıqlı maraq doğuran digər məsələlərə toxunulub”, - deyə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.